Türkiyədə DƏHŞƏT: Maskalı hücumçular hamilə qadını GÜLLƏLƏDİ

Şişlidə bir apartmanın zirzəmisindəki mənzilə daxil olan maskalı hücumçular, hamilə qadın və onunla olan kişini silahla vuraraq öldürüb.
Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Hadisə, Şişli Kuştepe Mahalləsindəki Yavru Kuş Sokak’ta gecə saatlarında baş verib. İddiaya görə, maskalı hücumçular 5 mərtəbəli binanın zirzəmisindəki mənzilə daxil olub və Gültekin Gezer (23) ilə hamilə olan Kader Küçük Coşkun'u silahla vurublar.
Silah səsindən sonra əraziyə polis və təcili yardım qrupları cəlb edilib. Araşdırmalardan sonra Gezer və Coşkun’un həyatını itirdiyi müəyyən edilib. Hər ikisinin cəsədi Adli Tibb Kurumuna göndərilib, polis isə hadisə yerində araşdırmalarını davam etdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.