Məhkəmə 3 övladını öldürən anaya cəmi 2 ay həbs CƏZASI VERDİ - DƏHŞƏT

Krasnoyarsk Mərkəzi Rayon Məhkəməsi üç uşağını xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən yerli sakinin həbsinə qərar verib.
Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Hakim Nadejda Bobrineva qadının iki ay müddətinə, yəni 2025-ci il iyunun 13-ü daxil olmaqla həbsdə saxlanmasına qərar verib.
Təqsirləndirilən şəxs Krasnoyarsk şəhərindəki 1 saylı istintaq təcridxanasında saxlanılacaq. Bu həbs-qətimkan tədbiri ona qarşı irəli sürülən ittihamların ağırlığına - xüsusi amansızlıqla qətlə yetirilməsinə görə seçilib.
Yada salaq ki, Rusiya İstintaq Komitəsi 29 yaşlı Kansk sakininin ədalətdən yayına biləcəyindən, şahidlərə təsir edə biləcəyindən və ya yeni cinayətlər törədə biləcəyindən ehtiyat edərək həbs olunmasını istəyib.
Fövqəladə hadisə 2025-ci il aprelin 14-də Kansk şəhərində fərdi evdə baş verib. 29 yaşlı ana dörd, səkkiz və yeddi aylıq uşaqlarını qəsdən balta ilə vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq üç azyaşlının xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı iş açıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.