Qızını boğaraq öldürdü, sonra da... - DƏHŞƏTLİ VİDEO

Samsun şəhərində baş verən dəhşətli hadisə bütün ictimaiyyəti sarsıdıb.
Ajans.az xəbər verir ki, rəhbər müəllimə işləyən Sultan Günaydın adlı qadın, qızının boğazını sıxaraq onun həyatına son qoyduqdan sonra, hadisəni intihar kimi göstərmək üçün qızın sol biləyini kəsib və polisə xəbər verib.
İlkin araşdırmalardan sonra polis tərəfindən saxlanılan qadın, dindirmə zamanı cinayəti etiraf edib. Onun ifadəsinə görə, qızı ona hücum edib və özünü müdafiə etmək üçün o, qızının boğazını sıxıb. Daha sonra mətbəxdən bıçaq alaraq sol biləyi kəsib və sanki intihar etmiş kimi bir ssenari qurub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir. Qan donduran bu hadisə cəmiyyət arasında böyük rezonans doğurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
View this post on Instagram