Qayınatasının qatilini öldürdü və QAÇDI: Saxta sənədlərlə 40 il ədalətdən GİZLƏNDİ

Qayınatasının qatilini öldürdü və QAÇDI:
Kriminal 11-04-2025 - 14:33

Tambov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları 1984-cü ildə Volqoqrad vilayətində törədilmiş qətldə şübhəli bilinən qadını saxlayıblar.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. İdarənin məlumatına görə, cinayət qohumunun ölümünün qisasını almaq istəyi ilə bağlı olub.

Müstəntiqlərin müəyyən etdiyi kimi, 1984-cü ildə Volqoqrad vilayətinin Elşanka kəndində ağır kəllə-beyin travması almış kişi meyiti aşkar edilib. Şübhə 20 yaşlı yerli sakinin üzərinə düşsə də, o, uzun müddət istintaqdan yayınıb. O, axtarışda olanlar siyahısına salınıb. 40 ildən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadının saxta sənədlərlə Tambov vilayətində yaşadığını müəyyən ediblər. Saxlanılan şəxs istintaq hərəkətlərinin aparılması üçün Volqoqrad vilayətinə aparılıb.

İstintaqın məlumatına görə, qətlin motivi qisas olub. Həmin gün öldürülən şəxs şübhəlinin qayınatasının həyatına son qoyub. Bu hadisə ilə bağlı da araşdırma aparılıb, lakin cinayətkarın ölümü ilə bağlı iş bağlanıb. Qadına qarşı ağırlaşdırıcı hallarla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: