15 yaşlı yeniyetmə "killer" dəstəsinə başçılıq EDİR - TƏFƏRRÜAT

15 yaşlı yeniyetmə "killer" dəstəsinə başçılıq EDİR -
Kriminal 16-04-2025 - 13:13

Avstraliya hüquq-mühafizə orqanları İsveçdən olan 15 yaşlı yeniyetməni Avropada sifarişli qətllərin təşkilində şübhəli bilinərək həbs ediblər. 

Ajans.az xəbər verir ki, əməliyyat məlumatlarına görə, azyaşlı Skandinaviyada cinayətkar qruplar arasında münaqişədə iştirak edərək muzdlu qatilləri cəlb etmək üçün şifrələnmiş messencerlərdən istifadə edib.

"Metro"nun məlumatına görə, yeniyetmə iki ölkədə ittiham olunub. Avstraliyada o, telekommunikasiya şəbəkələrindən ağır cinayətlərin hazırlanmasında, Danimarkada isə sifarişli qətllərin təşkilində şübhəli bilinir. Danimarka polisi həbsin birgə beynəlxalq əməliyyatın nəticəsi olduğunu təsdiqləyib.

İstintaqın məlumatına görə, yeniyetmə transmilli cinayətkar təşkilatın tərkibində fəaliyyət göstərib. Avstraliyalı müstəntiqlər avropalı həmkarlarından məlumat alıb və şübhəli şəxsi araşdırmaya başlayıblar.
 
Rəsmilər vurğulayır ki, hətta müasir şifrələmə texnologiyalarından istifadə cinayətkarların ədalətdən qaçmasına imkan vermir. Məhkəmə cinayət şəbəkəsinin təşkilində iştirakını sübuta yetirərsə, yeniyetməni ömürlük həbs cəzası gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: