Türkiyə Ukraynaya sülhməramlılar göndərməyə hazırdır

Türkiyə hökuməti Ukrayna münaqişəsinin həll olunacağı təqdirdə hərbçilərini sülhməramlı kimi bu ölkəyə göndərməyə hazır olduğunu bildirib.
Ajans.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya malik olan Türkiyə Ukraynaya sülhməramlı qüvvələr göndərməyə açıqdır”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlərdə sülhməramlı qüvvələrin göndərilməsi mümkünlüyünü müzakirə edib.
Məlumata görə, Ankara sülhməramlılarını Ukraynada sülhməramlı missiyanın formalaşdırılması ilə bağlı bütün təmaslarda iştirak edəcəyi halda göndərməyə hazır olacaq.