"Biz qışqırmaq yox, ünsiyyət qurmalıyıq" - Lavrovdan SƏRT SÖZLƏR

Nüvə gücləri bir-birinə qışqırmaq yox, ünsiyyət qurmalıdırlar.
Ajans.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üç amerikalı jurnalistə müsahibəsində Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında dialoqu şərh edərkən deyib.
“Bu, Hollivud filmlərindəki kovboyların öz aralarında necə davranması kimidir”, - rusiyalı diplomat bariz nümunə verib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat vermişdi ki, Lavrov bloggerlərə müsahibəsində etimologiyadan tutmuş hazırkı vəziyyətə qədər Ukrayna böhranı ətrafındakı vəziyyəti və bu istiqamətdə əlaqələrin və diplomatik səylərin davam etdirilməsi imkanlarını ətraflı təsvir edib.