Britaniya nüvə yanacağı istehsal edəcək

Britaniya nüvə yanacağı
Nüvə
Siyasət 12-11-2024 - 18:55

Britaniya müdafiə ehtiyacları üçün nüvə yanacağının istehsalının bərpası variantlarını araşdırmağı planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Con Hili bildirib.

"Böyük Britaniya müdafiə məqsədilə reaktor yanacağı istehsal etmək üçün nüvə yanacaq dövriyyəsini canlandırmaq variantlarını araşdırır", - deyə, Hili bildirib.

Onun sözlərinə görə, hökumət müdafiə ehtiyacları üçün nüvə yanacağının istehsalını modernləşdirmək niyyətindədir. Hökumət bu proqramın həyata keçirilməsi variantlarını hazırlamaq üçün sənaye nümayəndələri ilə işləyir.

Eyni zamanda, nazir vurğulayıb ki, yanacaq istehsalı Londonun beynəlxalq öhdəliklərinə, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə tam uyğun olacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: