Tramp: Putin hiyləgərdir, seçilməyimi gözləyirdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini çox hiyləgər hesab edir.
Ajans.az xəbər verir ki, bu barədə “BBC Nyus” məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün hər hansı sövdələşmədə hansısa güzəştə getməli olub-olmayacağı ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Bəli, edəcək”.
Tramp Rusiya prezidentini həmçinin “hiyləgər” adlandırıb və qeyd edib ki, Rusiya lideri Tramp yenidən seçilənə qədər Ukraynadakı müharibəni bitirmək niyyətində deyildi.
“Mən seçilməsəydim, o, Ukraynada fəaliyyətini davam etdirəcəkdi. Çox adam öləcəkdi. Bizim texnikamız olmasaydı, bu müharibə bitərdi. Mən bunun bitməsini istəyirəm", - Tramp vurğulayıb.