Trampın tarifləri mənfi təsir GÖSTƏRİB - SƏBƏB

Trampın tarifləri mənfi təsir
Tramp
İqtisadiyyat 03-02-2025 - 10:05

ABŞ prezidenti Donald Trampın Meksika, Kanada və Çinə tətbiq etdiyi ticarət tarifləri hələ qüvvəyə minməyib, lakin artıq ABŞ vətəndaşlarının rifahına mənfi təsir göstərməyə başlayıb.

Ajans.az xəbər verir ki, Amerika liderinin qərarının zərərli təsiri The Wall Street Journal (WSJ) qəzetindəki məqalədən məlum olub.

“Tramp etiraf edib ki, onun Meksika və Kanadaya tətbiq etdiyi iri tariflər “bəzi ağrılara” səbəb ola bilər, lakin nəticədə yeni “qızıl dövr”ə gətirib çıxaracaq. Ağrı artıq başlayanda onun parlaq gələcək vəd etməsi çox şirindir”, - məqalədə qeyd edilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: