"Trampın çıxışını dinləməkdənsə, gözlərimə iynə batıraram" - Konqresmen

"Trampın çıxışını dinləməkdənsə, gözlərimə iynə batıraram" -
Konqresmen
Gündəm 05-03-2025 - 14:52

"Gözlərimi iynə ilə deşmək ABŞ lideri Donald Trampın ABŞ Konqresində çıxışından daha yaxşı olardı".

Ajans.az xəbər verir ki, bu fikri Demokratik Nümayəndələr Palatasının üzvü Ceyms Makqovern deyib, onun sözlərini Politico yayıb.

“Açığını deyim ki, bu çıxışı dinləməkdənsə, öz gözümə iynə vurmaqla vaxtımı keçirməyi üstün tuturam. Bu, dəhşətli idi”, - konqresmen bildirib.

Məqalə müəlliflərinin qeyd etdiyi kimi, demokratlar Ağ Ev rəhbərinin çıxışını “qeyzsiz qəzəb püskürmələri” ilə qarşılayıblar.

Bundan əvvəl Demokratik Nümayəndələr Palatasının üzvü Al Qrin Konqresdə çıxışı zamanı Trampı dəyənəklə hədələyib və daha sonra palatadan müşayiət olunub. Qeyd olunur ki, ABŞ prezidentinin hər çıxışından sonra respublikaçılar yerlərindən qalxaraq alqışlayırlar, demokratlar isə heç bir reaksiya vermir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: