Tramp: "Bu qırğına son qoymalıyıq "
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllini təmin etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamaq niyyətindədir.
Ajans.az xəbər verir ki, bunu Tramp Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi noyabr seçkilərində qalib gəldikdən sonra ilk mətbuat konfransında bildirib.
"Prezident Putinlə danışacağıq", - Tramp deyib.
Onun sözlərinə görə, o, Vladimir Zelenski və Ukrayna nümayəndələri ilə də danışacaq:
“Biz buna, bu qırğına son qoymalıyıq”.