Tramp Ukraynaya dəstəyin maliyyə yükünü ABŞ-dən Avropaya keçirmək qərarına GƏLDİ

Tramp Ukraynaya dəstəyin maliyyə yükünü ABŞ-dən Avropaya keçirmək
Tramp
Siyasət 27-12-2024 - 11:08

ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp Avropa ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırır və Kiyevin əsas sponsoru olan ABŞ-nin təhlükəsizlik yardımının mümkün azaldılmasına eyham vurur.

Ajans.az xəbər verir ki, bu barədə Washington Post məlumat verib.

Nəşrin yazdığına görə, Tramp Ukraynaya yardımı artırmaq üçün Avropa ölkələrinə təzyiq edərək, ABŞ-nin təhlükəsizlik dəstəyinin azala biləcəyini açıq şəkildə bildirir.

Bundan əvvəl britaniyalı analitik bildirmişdi ki, Avropa Donald Trampın sülh təşəbbüslərini sabotaj etməyi planlaşdırır. O izah edib ki, məqsəd ABŞ-ni Ukraynadakı münaqişəyə cəlb etməkdir və bunun üçün Avropa respublikaçı ilə Vladimir Putin arasında mümkün danışıqların qarşısını alır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: