Tramp-Putin görüşünə hazırlıq gedir - Kreml

Tramp-Putin görüşünə hazırlıq gedir -
Dünya 16-03-2025 - 17:38

Lazım gələrsə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş təşkil olunacaq.

Ajans.az bildirir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib. O, Rusiya tərəfinin görüşə hazırlaşdığını və məsələnin Vaşinqtonla müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında təmaslar hazırda “digər səviyyələrdə” davam edir:

“Görüş və ya telefon danışığı kifayət qədər tez təşkil oluna bilərdi, lakin hələlik dəqiq bir şey deyə bilmərəm”.

PAYLAŞ: