Livana hava hücumunda şəhər meri ÖLDÜ
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Nabatiya şəhərinə irimiqyaslı zərbələr endirib.
Ajans.az TASS-a istinadən xəbər verir ki, şəhərin mərkəzi və kənarındakı bir neçə yaşayış binası raketlərlə vurulub.
Nəticədə şəhərin meri Əhməd Xeyl və bələdiyyə şurasının beş üzvü həlak olub.