Pakistanda hərbçilərə hücum: 12 ölü, 26 yaralı

Pakistanın Bəlucistan bölgəsinin N-40 magistral yolunda sərhədçiləri daşıyan avtobus karvanına hücum olub. Hadisə nəticəsində azı 12 hərbçi həlak olub, daha 26 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hücumun partlayışla başladığı, sonra isə Rakşani Mill rayonunda intensiv atışma ilə davam etdiyi bildirilir.
Partlayışı kamikadze əldəqayırma qurğudan istifadə etməklə həyata keçirib.
Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.