Təyyarəyə 3 xarici təsir olub - İlham Əmirov
Artıq birmənalı olaraq demək olar ki, təyyarəyə müdaxilə edilərək xəsarət yetirilib, təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.
Ajans.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib. O qeyd edib ki, Təyyarə həmin an yaxınlıqdakı hava limanlarına "qəzaya uğrayıram, enişə icazə verin" siqnalı göndərib:
"Lakin yaxınlıqdakı hava limanları onların bu çağırışına reaksiya verməyib. Bu fakt araşdırılacaq. Pilotlar öz peşəkarlığı sayəsində təyyarəni Aktauya keçiriblər və öz canları bahasına insanları xilas edə biliblər".