Təyyarə tüstüləndi, təcili eniş etdi

Təyyarə tüstüləndi,
Gündəm 26-02-2025 - 20:03

Türkiyənin "Peqasus” Hava Yolları şirkətinin təyyarəsi İngiltərənin Mançester şəhər aeroportuna təcili eniş edib.

Ajans.az xəbər verir ki, İstanbuldan gələn təyyarənin enişdən bir qədər əvvəl həyəcan siqnalı göndərdiyi müəyyən edilib. Şahidlər təyyarənin tüstüləndiyini bildiriblər.

Təyyarənin hidrolik sistemində nasazlıq olduğu bildirilir. Hadisə nəticəsində heç kim xəsarət almayıb. İngiltərənin aviasiya mütəxəssisləri təhqiqata başlayıblar.

PAYLAŞ: