Təyyarə qəzasında 32 nəfər sağ qalıb
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə olan 32 nəfər sağ qalıb.
Ajans.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O qeyd edib ki, həmin şəxslərin müalicəsi davam etdirilir.