"Təyyarə qəzası ilə bağlı hərtərəfli araşdırma aparılmalıdır" - NATO rəsmisi
NATO-nun sözçüsü Farah Dakhlallah Azərbaycan Hava Yollarına məxsus J28243 saylı təyyarənin Qazaxıstanın qərbində Aktauda qəzaya uğramasına münasibət bildirib və insidentlə bağlı hərtərəfli təhqiqatın aparılmasına çağırıb.
Ajans.az xəbər verir ki, Alyansın nümayəndəsi X sosial şəbəkəsində müvafiq yazı dərc edib.
Dakhlallah qəzada həlak olanların ailələrinə başsağlığı verərək, “Təyyarə qəzasında xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və hərtərəfli araşdırmaya çağırırıq” sözlərini deyib.
Dekabrın 25-də Azərbaycanın AZAL aviaşirkətinə məxsus "Embraer 190AR" təyyarəsi Aktauda qəzaya uğrayıb.