Tək dəyişməyən şey Azərbaycan sevgimizdir! - Türkiyəli nazirdən PAYLAŞIM

Tək dəyişməyən şey Azərbaycan sevgimizdir! -
Cəmiyyət 20-11-2024 - 11:25

Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu Bakıda səfərdədir.

Ajans.az xəbər verir ki, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlib.

Uraloğlu özünün sosial media hesabında paylaşımı ilə diqqət çəkib. O, 2018-ci ildə Bakıya səfəri zamanı İçərişəhərdə çəkdirdiyi fotodakı məkanın önündən yeni şəkil paylaşıb.

"Bakıda illər ötsə də, 2018-ci ildən 2024-cü ilə qədər tək dəyişməyən şey Azərbaycan sevgimizdir", - o, paylaşımda bildirib.

PAYLAŞ: