TƏBİB-in İcraçı Direktoru saxta diplomla çalışan plastik cərrahlardan DANIŞDI
"Vətəndaşlarımızın narazı olduğu məqamlar araşdırılır. Gələn ildən Nazirlər Kabinetinin tələblərinə uyğun işə qəbullar həyata keçiriləcək".
Ajans.az-ın xəbərinə görə, bu sözləri TƏBİB-in İcraçı Direktoru Vüqar Qurbanov mətbuat konfransında saxta diplomla çalışan plastik cərrahlarla bağlı sual cavablayarkən deyib.
"Biz öz tabeçiliyimizdəki tibb müəssisələrinə cavabdehik. Özəl klinikalara Səhiyyə Nazirliyi baxır. Hər bir ölüm halı və vətəndaş şikayəti ciddi araşdırılır. Xəstəxanaya ağır vəziyyətdə gələn xəstələr də olur. Amma heç vaxt ölümlərə biganə yanaşmırıq. Hələ ki, ciddi şikayətlərə rast gəlməmişik. Gəlsək, ciddi şəkildə üstünə düşüləcək", - deyə, o, fikirlərinə əlavə edib.