Tbilisidə müxalifət lideri azərbaycanlılara hücum etdi

Tbilisidə müxalifət lideri azərbaycanlılara hücum etdi
Gürcüstan
Hadisə 05-12-2024 - 08:53
 137

Tbilisidə müxalif “Vətəndaşlar” partiyasının rəhbəri Aleko Elisaşvili Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə hücum edib döydüyünə görə həbs edilib.

“Qafqazinfo”01ŵwŵqqqqqqa xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Hadisə dekabrın 2-də baş verib. Ə. Babayev aptekdə olarkən siyasi şüarlar səsləndirən A. Elisaşvili ona hücum edib.

Nəticədə soydaşımız xəstəxanaya yerləşdirilib, sonradan evə buraxılıb.

Məlumata görə, müxalifətçini üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

PAYLAŞ: