Tanınmış rusiyalı avarçəkən döyüldü

İdman
06-01-2025 - 10:32
Rusiyalı tanınmış avarçəkən Kirill Lyapunov döyülüb.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı idmançı naməlum şəxslərin hücumuna məruz qalıb. O, bədəninin bir çox yerindən xəsarət alıb.
Polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, Kirill Lyapunov Rusiya millisinin heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib. O, həmin il təşkil edilən Avropa çempionatında isə gümüş medal qazanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın məğlub olduğu oyunda iştirak edən hakimə SƏRT CƏZA - Uzaqlaşdırıldı
İdman08:16 / 14-11-24
Səudiyyə Ərəbistanının investisiya fondu bəzi tanınmış klubları almaq istəyir
İdman13:27 / 28-10-24