Suvarma kanalında əlini yumaq istəyən məktəblinin FACİƏLİ SONU
Dekabrın 11-də Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində bədbəxt hadisə baş verib. Şirvan Suvarma kanalının kənddən keçən hissəsində 14 yaşlı yeniyetmə suya düşərək boğulub.
Ajans.az xəbər verir ki, Qoşaqovaq kənd sakini olan yeniyetmə kanalın kənarına enib. Bu zaman o, müvazinətini itirərək suya yıxılıb.
Yeniyetmənin meyiti dekabrın 12-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ətraflı Baku TV-nin süjetində: