Sürücü sükan arxasında infarkt keçirib öldü
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, 1971-ci il təvəllüdlü H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.