Suriyadan qaçan Bəşər Əsədin ilk görüntüləri yayıldı
İran xarici işlər naziri Abbas Arakçi Qətərdə olarkən əmir Şeyx Temim bin Hamad Al Saninin uyğun sualına cavab olaraq Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin İranda olduğunu demişdi.
İran XİN rəhbərinin açıqlamasından sonra Rusiya mənbələri bəyan edib ki, Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır. Rusiya Bəşər Əsədə sığınacaq verib. Bir neçə dəqiqə əvvəl isə telegram kanallarında Bəşər Əsədin ailə üzvləri ilə birlikdə Moskvada çəkildiyi iddia edilən ilk görüntüləri yayılıb.