Suriyada Türkiyə vətəndaşı general oldu

Suriyada Türkiyə vətəndaşı
Gündəm 31-12-2024 - 12:40

Suriyada əcnəbi döyüşçülər ölkənin Silahlı Qüvvələrinin rəhbərliyinə cəlb edilib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın yeni lideri Əhməd əş-Şaranın fərmanı ilə Muxtar Türki kimi tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi Suriya ordusunda briqada generalı rütbəsi alıb.

Qeyd edək ki, Ömər Məhəmməd Çiftçi “Nüsrə Cəbhəsi” dövründən Əhməd əl-Şara ilə birlikdədir.

PAYLAŞ: