Suriyada tarixi dövr! - Xəritə tamamilə yaşıl rəngə ÇEVRİLDİ

Suriyada tarixi dövr! - Xəritə tamamilə
Suriya
Siyasət 11-03-2025 - 11:55

Suriya Rəyasət Heyəti terror təşkilatı PKK/YPG-nin əlində olan mülki və hərbi qurumların dövlət qurumlarına təhvil verilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlasa da, tarixi razılaşmadan sonra Suriyanın xəritəsi tamamilə yaşıllaşıb.

Ajans.az xəbər verir ki, Terrorsuz Türkiyə prosesi sərhəddən kənarda da böyük təsir bağışlayıb. PKK lideri Abdullah Öcalanın silahları buraxma çağırışı Suriyadakı tarazlıqlara təsir edib.

ABŞ və Qərb ölkələrindən dəstək alan YPG bu inkişafdan sonra xeyli güc itkisi yaşadı. Proses Suriya hökuməti ilə YPG arasında kritik görüşə imkan verib.

Əldə edilən razılaşmaya uyğun olaraq, YPG bundan sonra rəsmi olaraq Suriyanın dövlət qurumlarına inteqrasiya olunacaq. Suriya Rəyasət Heyətinin açıqladığı bu inkişaf ölkədə yeni dövrün başlanğıcı hesab olunur.

Suriya prezidenti Əhməd əl-Şara terror təşkilatı PKK/YPG-nin lideri, “Mazlum Kobani” kod adlı Ferhat Abdi Şahinlə görüşüb. Görüşdə ölkənin şimalını işğal edən terror təşkilatının silahı yerə qoyması və Suriyanın yeni administrasiyasına qoşulması məsələsi müzakirə olunub. Görüşün ardından Suriya Rəyasət Heyəti terror təşkilatı PKK/YPG-nin dövlət qurumlarına təhvil verilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Əl-Şara və terrorçuların lideri Şahin tərəfindən imzalanan müqavilədə bütün suriyalıların dini və ənənəvi mənşəyindən asılı olmayaraq dövlət qurumlarında təmsil olunma və ləyaqətə əsaslanan siyasi proseslərdə iştirak hüququna təminat veriləcəyi, kürd icmasının Suriya dövlətinin mühüm bir hissəsi kimi tanınacağı, konstitusion vətəndaşlıq hüquqları və bütün digər hüquqlarının dövlət zəmanəti altında olacağı bildirilib.

Suriyanın hər yerində atəşkəsin elan ediləcəyi və qarşıdurmaların dərhal sona çatacağı bildirilən razılaşmada, “Suriyanın şimal-şərqindəki mülki və hərbi qurumlar (sərhəd qapıları, hava limanları, neft quyuları və qaz yataqları daxil olmaqla) Suriya dövlət idarəsinə inteqrasiya olunacaq” ifadələri işlədilib. Bütün suriyalı miqrantların təhlükəsiz şəkildə kəndlərinə və bölgələrinə qayıtmalarının təmin ediləcəyini və dövlət tərəfindən qorunacağını bildirən razılaşmada “Suriya dövləti Əsəd rejiminin qalıqları və ölkənin birliyini təhdid edən bütün ünsürlərlə mübarizədə dəstəklənəcək” ifadəsi işlədilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: