Ukraynada sülhməramlılar yerləşdiriləcək?

Ukraynada sülhməramlılar
Peskov
Siyasət 16-12-2024 - 11:13

Ukrayna ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı spekulyasiyalar tezdir.

Ajans.az “Tass”a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O xatırladıb ki, Kiyev hazırda Moskva ilə hər hansısa danışıqlardan imtina edir, baxmayaraq ki, onlar İstanbul razılaşmaları əsasında yenidən başlaya bilərlər.

“Ukrayna tərəfi danışıqlardan imtina edir. İndi başqa hər şey, yəni sülhməramlılar haqqında danışmaq hələ tezdir”, - deyə Kreml spikeri bildirib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat vermişdi ki, Qərb Ukraynadakı problemlərini həll etmək üçün 100 min nəfərlik sülhməramlı kontingenti daxil etməklə öz faktiki işğalına əl ata bilər. Eyni zamanda, ölkə ərazisinin Rumıniya, Polşa, Almaniya və Böyük Britaniya arasında bölünməsi planlaşdırılır.

SVR-nin məlumatına görə, artıq iştirakçı ölkələr arasında bölüşdürülməsi nəzərdə tutulan ərazilər müəyyən edilib. Kəşfiyyat məlumatlarına görə, Qara dəniz sahilləri Rumıniyaya, Ukraynanın qərb bölgələri Polşaya, ölkənin mərkəzi və şərqi Almaniyaya, şimal bölgələri, o cümlədən paytaxt bölgəsi Böyük Britaniyaya gedəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: