Böyük əməliyyat başlayır? - Bu ərazilər vurula bilər

İsrailin Baş Qərargah rəisi Eyal Zamir 2025-ci ili HƏMAS və İranla müharibə ili adlandırıb. Bəs İsrail ilə İran arasında genişmiqyaslı müharibə ehtimalı realdırmı?
Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Natiq Miri bildirib ki, indiki vəziyyətdə İsrail və İran arasında müharibə ehtimalı görmür:
“Birincisi, İsrail ABŞ-nin dəstəyi olmadan belə bir müharibəyə girişməz. Hazırda Donald Tramp Yaxın Şərqdə bir müharibənin olmasını istəmir. ABŞ sadəcə sanksiyalar və İsrail vasitəsi ilə İranı qorxutmaq, təzyiq edərək istədiklərini almaq istəyir. İran isə bu güzəştlərə açıq deyil. Xamanei və SEPAH isə ABŞ ilə danışıqların əleyhinədir”.
“İranın strateji obyektləri, yəni nüvə obyektləri, raket istehsal edən müəssisələr, yer altındakı bazaları vurma əməliyyatı keçirilə bilər. Bununla bağlı İsrail artıq hazırlıqlarını görüb və düşünürəm ki, görməkdədir. Yer altındakı bazaları vurmaq üçün betonları deşə biləcək raketlərə ehtiyac var. ABŞ artıq İsrailə bu cür raketlər göndərib. Bombardıman üçün heç bir maneə yoxdur, sadəcə ABŞ ilə razılaşdırmaq qalıb. Əgər İran danışıqlara razılıq verməsə, bu cür lokal əməliyyatlar ola bilər”.