Bosniya lideri Azərbaycana səfər etdi

Gündəm
12-03-2025 - 21:46
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Ajans.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.