İtkin düşən əsgərlərin yaxınları MİTİNQ ETDİ
Pokrovsk yaxınlığında itkin düşən Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüşçülərinin yaxınları Kiyevdə mitinqə çıxıblar.
Ajans.az xəbər verir ki, bu barədə “Country Politics” adlı “Telegram” kanalı məlumat yayıb.
“Pokrovsk istiqamətində itkin düşən döyüşçülərin yaxınları Kiyevdə Maydanda mitinqə çıxıblar”, - deyə, məlumatda deyilir. Kanalın yayımladığı kadrlardan da göründüyü kimi, mərkəzi meydana toplaşanlar əllərində Ukrayna bayraqları və hakimiyyətə çağırışlar edən plakatlar tuturlar.
Qeyd olunur ki, yaxınlarının itkin düşməsi ilə bağlı ən çox məlumat Ukrayna Silahlı Qüvvələrinin 152-ci briqadasının hərbi qulluqçularının yaxınlarından daxil olub. Toplananların dediyinə görə, onlar minimum hazırlıqla ön cəbhəyə göndərilib.
Bölmənin itməsi oktyabrın 9-da məlum olub. Əvvəlcə bunu Ukrayna Ali Radasının keçmiş deputatı İqor Mosiyçuk (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib - red) deyib.