Sumqayıtda yaşayış binasında yanğın - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.
Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.