Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldu

Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan
Gündəm 12-12-2024 - 19:51

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

Ajans.az xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ: