Sudan bazarına hücum oldu, 61 nəfər öldü

Sudan bazarına hücum oldu,
Gündəm 02-02-2025 - 10:27
 419

Şənbə günü Sudanın Xartum əyalətinin Omdurman şəhərindəki bazara artilleriya hücumu nəticəsində azı 61 nəfər həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal yerli həkimlərin məlumatlarına istinad edərək, atışma nəticəsində 65-dən çox insanın xəsarət aldığını bildirib.

PAYLAŞ: