Stolüstü tennisçilərimiz beynəlxalq turnirin qalibi OLDULAR

Stolüstü tennisçilərimiz beynəlxalq
Gündəm 14-02-2025 - 22:59

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində uğurlu çıxış ediblər.

Ajans.az xəbər verir ki, təmsilçilərimiz U-15 kateqoriyasında qarışıq-qoşa yarışında finalda oynayıblar.

Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada tennisçilərimiz türkiyəli rəqiblərinə 3:2 hesabı ilə qalib gələrək, çempion tituluna sahib çıxıblar.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli cütü yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” turnirində qarışıq-qoşa yarışlarında bürünc medal qazanıb.

PAYLAŞ: