Şirvan suvarma kanalı YARILIB

Şirvan suvarma kanalı
Gündəm 12-12-2024 - 06:57

Şirvan suvarma kanalının Göyçaydan keçən hissəsi yarılıb.

Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, su kəndə doğru axmağa başlayıb. Əraziyə Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunublar, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

PAYLAŞ: