4000 il əvvələ aid sümüklərdə görün nə tapıldı - FOTO

4000 il əvvələ aid sümüklərdə görün nə tapıldı -
Arxeologiya
Maraqlı 16-12-2024 - 14:08

Təxminən 4 min il əvvəl İngiltərədə hücumda ölənlərin sümüklərində adamyeyənlik izləri aşkar edilib.

Ajans.az xəbər verir ki, Türkiyənin Somerset bölgəsində təxminən 4 min il əvvəl baş verən hücumda təxminən 37 nəfərin adamyeyənlər tərəfindən kəsilərək yeyilmiş ola biləcəyi irəli sürülüb. Hücumçular tərəfindən 15 metrlik quyuya atıldığı düşünülən təxminən 3 min sümük parçası arxeoloqlar qrupu tərəfindən analiz edilib. 

Hücumu İngiltərədə Tunc dövründə aşkar edilən ən böyük zorakılıq hadisəsi olaraq qeyd edən elm adamları, qurbanların daş alətlərlə parçalandığını və təcavüzkarlar tərəfindən ritual məqsədlərlə yeyildiyinə dair dəlillər tapıb. Mütəxəssislər, erkən Tunc dövründə İngiltərədə kəndlərin ümumiyyətlə 50-100 nəfərdən ibarət olduğunu və bu adamyeyənlik hadisəsinin demək olar ki, bütün icmanı məhv edə biləcəyini söyləyib.

Məqalənin tədqiqatçılarından biri olan Oksford Universiteti Arxeologiyakafedrasının professoru. Dr. Rik Şultinq qeyd edib ki, qurbanlar “dəhşətli mesaj vermək” və ya “insanlıqdan çıxarmaq üçün” adamyeyənlər tərəfindən yeyilmiş ola bilər. Şutlinq qətliamın “intiqam arzusu ilə” həyata keçirilə biləcəyini və təsirlərinin “nəsillərə ötürüldüyünü” ifadə edib.

Tədqiqatçılar bildirib ki, heyvan qalıqları ilə birlikdə sümük parçalarının tapılması o zamanlarda kifayət qədər qida olduğunu və hücum edənlərin aclıq səbəbindən qurbanları yeməyib. Bu hadisə tunc dövründən bu yana sənədləşdirilmiş ilk kannibalizm hadisəsidir. Qurbanların sümük qalıqları ilk dəfə 1970-ci illərdə Mendip Hillsdəki Charterhouse Warren mağaralarında mağaraçılar tərəfindən tapılıb. Məqalə “Antiquity” jurnalında dərc olunub.

Qeyd edək ki, insan ətini din, ibadət və sehr kimi məqsədlər üçün yeməyə kannibalizm deyilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: