Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI - "İlin 6 ayında..."

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI -
Cəmiyyət 10-03-2025 - 15:33
 201

“Baş verən zəlzələlər seysmik və tektonik aktivliyin bir təzahürüdür. Bu, dövrülük xarakter daşıyır və hazırda nəinki Azərbaycan, dünya miqyasında davam edir”. 

Bunu Ajans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə, bütün dünyada olan seysmik ocaqlar oyanır, intensivləşir:

“Bununla əlaqədar olaraq palçık vulkanları püskürür, sürüşmələr baş verir və s. Bu aktivlik Azərbaycan hüdudlarında da müşahidə olunur. Qafqaz dünyanın seysmik aktiv ərazilərindəndir. Digər regionlarla müqayisə etsək Azərbaycanda seysmik aktivlik o qədər də güclü deyil, yerdəyişmələr çox olmur. Ona görə də ölkəmizdə dağıdıcı, güclü zəlzələlər gözlənilmir".

Ekspert bildirib ki, hissolunan zəlzələlər qaçılmazdır:

"Seysmik və tektonik aktivlik davam edir. İlk 6 ay ərzində hissolunan zəlzələlər baş verəcək. Hissolunan deyəndə 4, 4.5, 5 ballıq zəlzələlər nəzərdə tutulur. Amma dərinlik də əsas məqamlardan biridir. Ola bilsin ki, 3,5 bal olsun, səthə yaxındırsa, hiss olunacaq”.

Qeyd edək ki, 27-28 fevralda və dünən İsmayıllıda, bu gün isə Lerik rayonunda zəlzələ olub. Eyni zamanda, 27 fevral və 4 martda Xəzər dənizində təkanlar qeydə alınıb. Bundan əlavə, 8 martda Ermənistanda baş verək zəlzələ Azərbaycanın qərb rayonlarında da hiss edilib.

PAYLAŞ: