“Səviyyədən danışanlar dönər alıb yeməyiblər?”- Pərviz Bülbülə

Müğənni Pərviz Bülbülə “İncə Səhər” verilişində maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Ajans.az xəbər verir ki, o, şou-biznesdəki münasibətlərin çox vaxt maddiyyat üzərində qurulduğunu bildirib:
“Əgər maddiyatı ortadan götürsək, bu sahədə hamı bir-biriylə dost olar. Nə qədər pul varsa, bir o qədər də bayağılıq, səviyyə və elitlik anlayışı ortaya çıxır”.
Pərviz Bülbülə həmçinin son zamanlar sosial mediada gündəm olan “bayağılıq” mövzusuna da toxunub:
“Mən bayağılıq məsələsinə çox girmirəm. Amma bir insan bu gün şəhərdə bahalı restoranda oturub ‘steak’ yeyirsə, sabah uzaq yola çıxanda ayaqüstə bir şey yeməyəcək? Kafeni işlədnin övladı üçün çörək qazanması qınanmalı deyil. Axı niyə ancaq bahalı restoranlar işləsin? Maraqlıdır, səviyyədən danışanlar heç dönər, peraşki yeməyiblər?”
Sənətçi fikrini belə tamamlayıb:
“Heç kimin balasının ruzisinə qarışmaq olmaz. Hər kəsin öz yolu, öz əməyilə qazancı var”.