Sərnişinlərdən biri açıqlama verdi: Təyyarə 1 saat boyunca... - VİDEO

Sərnişinlərdən biri açıqlama verdi: Təyyarə 1 saat boyunca... -
AZAL
Gündəm 25-12-2024 - 17:13
 2040

Aktauda təyyarə qəzasından sağ çıxan sərnişinlərdən biri olan Kristina açıqlama verib.

Ajans.az-ın xəbərinə görə, Kristina adlı sərnişin turizm agenti olub. 

O bildirib ki, təyyarə yerə endiyi zaman oturacaqlardan yapışıb:

“Özümə gələndə gördüm ki, sağ tərəf partlayıb. Toqquşmadan əvvəl təyyarə təxminən 1 saat havada dövr edib. Stüardessa sərt eniş olacağı barədə xəbərdarlıq etdi. Dedi ki, başınızı aşağı salın. Eniş zamanı quşun mühərrikə dəymə səsinə bənzər zərbə səsi eşitdik. Yerə dəyəndə huşumu itirmişdim. Ayılanda özüm kabinəni tərk etdim, məni həkimlər qarşıladı”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: