Sərnişin təyyarəsi hərbi helikopterlə toqquşdu - Ölənlər var
ABŞ-nin paytaxtı Vaşinqton yaxınlığında təyyarə Potomak çayına düşüb.
Ajans.az xəbər verir ki, hadisə Ronald Reyqan Milli Hava Limanı (DCA) yaxınlığında baş verib.
Hadisə yerində yanğınsöndürən gəmilər cəlb edilib.
Qəzaya səbəb təyyarənin hərbi vertolyotla toqquşması olub. Potomak çayından 4 nəfər sağ çıxarılıb. Qəza zamanı yaralaıların da olduğu bildirilib.
"Xilasedicilər Potomak çayında sağ qalanları axtarır.
"American Airlines"-ə məxsus təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.
"Black Hawk" helikopterinin göyərtəsində isə üç hərbçi olub.