Sərnişin təyyarəsi dənizə düşdü - Ölənlər var

Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində göyərtəsində olan 17 nəfərdən 12-si həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
"Roatanda təyyarə qəzası nəticəsində 12 nəfər ölüb, 5 nəfər sağ qalıb ", - idarənin yaydığı məlumatda qeyd olunub.
Polis rəsmiləri əlavə edib ki, həlak olanların cəsədləri artıq sahilə çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.