Sərhədi pozmağa cəhd göstərənlər SAXLANILDI
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən beş nəfər Əlcəzair vətəndaşı saxlanılıb.
Bu barədə Ajans.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.