Dövlət sərhədində PUA VURULDU

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Ajans.az-a DSX-dan bildirilib.
Mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.