Şəmkirdə ağır qəza: Xəsarət alanlar var - Video

Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb, daha sonra isə aşıb.
İlkin məlumata görə, iki nəfər müxtəlif bədən xəsarətləri alıblar.
Hadisənin səbəbləri araşdırılır.
Mövzular:
Oxşar xəbərlər
Yol hərəkəti qaydalarına əməl etməyən Təcili Tibbi Yardım avtomobili qəza törətdi
Hadisə12:41 / 03-03-25