Şəmkirdə 5 ha-dan çox ərazidə yanğın başladı

Gündəm
05-03-2025 - 20:57
Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.
Ajans.az xəbər verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.
Əraziyə 3 yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.