Şəmkirdə 35 yaşlı kişi Kür çayında BOĞULDU

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.
Ajans.az xəbər verir ki, Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Z.Abdullayev çayda balıq tutan zaman ehtiyatsızlıqdan suya yıxılıb.
Faktla bağlı araşdırma aparılır.