Səhv mesaj göndərildi, yüzlərlə ukraynalı panikaya düşdü

Səhv mesaj göndərildi, yüzlərlə ukraynalı
Dünya 06-04-2025 - 12:29

Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsi səbəbilə ölkədən sığınacaq istəyən bəzi ukraynalı mühacirlərə səhvən bildiriş göndərərək, dərhal ölkəni tərk etmələrini xahiş edib.

Ajans.az bildirir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dünən və srağagün ölkədə yaşayan bəzi ukraynalılara “təcili” kodu ilə mesaj göndərib.

Mesajda ukraynalıları 7 gün ərzində ABŞ-ni “dərhal” tərk etməyə çağırılır, onların ölkələrində müharibə səbəbindən onlara verilmiş “müvəqqəti hüquqi statusunun” ləğv edildiyi bildirilir.

Mesaj ukraynalı mühacirlərdə qorxu və panikaya səbəb olub, daha sonra Daxili Təhlükəsizlik Departamenti mesajın “səhvən” göndərildiyini elan edib.

PAYLAŞ: